Tarix: 22.10.2024 / 11:55
İsrail orqan mafiyası qaçqınların orqanları üçün müqavilə imzalayıb –    “İş”də Azərbaycanın da adı var

İsrail orqan mafiyası qaçqınların orqanları üçün müqavilə imzalayıb – “İş”də Azərbaycanın da adı var

“Orqan alveri və qəsdən insan ölümünə səbəb olmaq” ittihamı ilə İnterpolun qırmızı bülleteni ilə axtarışda olan İsrail vətəndaşı Boris Volfman 2017-ci ildən Türkiyədə yaşayır. Məlum olub ki, o, zəlzələ zonasında səhra xəstəxanası yaradıbmış.

Diaspora.TV xəbər verir ki, bu iddia ilə Türkiyənin “Sözcü” nəşri çıxış edib.

Xəbərə görə, Volfman 9 Noyabr 2018-ci il tarixində Özkan Çelik adlı bir vətəndaşın adına sağlamlıq turizmi də daxil olmaqla, bir çox fəaliyyət sahəsi olan "Royal İnnovation" adlı şirkət qurub. Şirkət, həmçinin, təzə və quru meyvə ticarəti, polad ixracatı üzrə fəaliyyət göstərəcəyini də bildirib. Boris Volfman milli və beynəlxalq mətbuata verdiyi açıqlamalarda Türkiyə kənd təsərrüfatı sahəsində öndə gedən iş adamı olduğunu iddia edir. O, türk sərmayəçilərinə Afrikada torpaq icarəsi barədə və biznes fəaliyyətlərinə dair məsləhətlər verdiyini də deyir.

O, 2015-Cİ İLDƏ ORQAN ALVERİNƏ GÖRƏ HƏBS OLUNUB

Tarix dekabrın 4-ü 2015-ci ili göstərdiyi zaman "beynəlxalq orqan ticarəti və şüurlu ölümə səbəb olmaq" ittihamı ilə İnterpolun qırmızı bülleteni ilə axtarışa verilmiş Boris Volfman Taylandın paytaxtı Bankonqdan İstanbula gələrkən saxlanılıb.

Ədliyyə Nazirliyi bəyan edib ki, Boris Volfman və türkiyəli həkim Yusuf Erçin də daxil olmaqla, dəstə üzvləri Kosovo, Azərbaycan və Şri-Lankada yaşayan yoxsul insanların orqanlarını götürərək İsrail, Hindistan və Avropalı zəngin xəstələrə köçürüblər.

Kosovoda transplantasiya əməliyyatını həyata keçirən həkim Yusuf Erçin Sönmezin digər dəstə üzvləri ilə birlikdə hərəkət etdiyi iddia olunub. İttihama görə, orqan alveri İsraildə yerləşən “Rabin Medical” adlı xəstəxana vasitəsilə həyata keçirilib.

İSRAİLƏ QAYTARILMADI

Volfmanın İstanbulda həbsi zamanı İsrail hökuməti Türkiyədən onun ekstradisiyasını, Türkiyə Ədliyyə Nazirliyi isə İsraildən əlavə 30 gün müddətinin verilməsini istəyib.

Məhkəmə öz mülahizəsindən istifadə edərək Volfmanın əlavə müddət ərzində Türkiyədə mühakimə olunmasına qərar verib. Beləliklə, orqan alverçisi İsrailə təhvil verilməyib. Türkiyədə hazırlanan iddianamədə Volfmanın suriyalı qaçqınların orqanlarını almaq üçün Türkiyəyə gəldiyini qeyd edilib. O, Suriyalı qaçqınların böyrəklərinin çıxarılması üçün kiçik xəstəxanalarla müqavilə bağlayıb, türkiyəli həkim Yusuf Erçin və daha 4 nəfərlə Kosovo, İsrail, Rusiya, Avstriya, Azərbaycan, Ukraynada orqan ticarəti və qanunsuz transplantasiya təşkil etməkdə ittiham olunur.

İNTERPOLUN QIRMIZI BÜLLETENİNDƏ

İsrail vətəndaşı Boris Volfman beynəlxalq "orqan alveri və qəsdən ölüm ittihamı" ilə hələ də axtarışdadır. Eyni şəkildə, Boris Volfmanın orqan ticarətində ortağı olaraq milli və beynəlxalq rekordlarda qeyd olunan Həkim Yusuf Erçin Sönməz, Türkiyə də daxil olmaqla 186 ölkənin tələbi ilə İnterpolun qırmızı bildirişi altındadır.

ONUN ŞİRKƏTİ ZƏLZƏLƏ SAHƏSİNDƏ XƏSTƏXANA YARADIB

6 fevral 2023-cü ildə Maraşda baş verən zəlzələdən sonra tibbi yardım göstərmək üçün Türkiyəyə gələn ölkələr arasında İsrail də var idi. Zəlzələ bölgəsində səhra xəstəxanası quran təşkilatın adı “Rabin Medical” idi. Müəssisə İsrail Ədliyyə Nazirliyi tərəfindən Boris Voflman və onun orqan dəstəsi tərəfdaşlarının fəaliyyət göstərdiyi xəstəxana kimi qeydiyyata alınıb.




Şərhlər

Yaz...