Tarix: 05.06.2024 / 08:42
İsrail dövləti rahat həyatım üçün hər şeyi edir  - Əhməd Cavadın nəvəsi

İsrail dövləti rahat həyatım üçün hər şeyi edir - Əhməd Cavadın nəvəsi

“İsraildəki Azərbaycan diasporunun üzvləri bütün yaddaqalan tarixlərə həsr olunmuş tədbirlərdə fəal iştirak edirlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında İsrailin Aşkelon şəhərində yaşayan həmvətənimiz, Əhməd Cavadın nəvəsi Yaqut Abdullayeva deyib.

Y.Abdullayevanın sözlərinə görə, İsraildə Azərbaycanla bağlı təntənəli yığıncaqlar, xatirə abidələrinə gül dəstələri qoyulması, zoom konfransları kimi yığıncaqlarda iştirak edir:

“Diasporla İş üzrə Dövlət Komitəsinin müraciəti ilə Azərbaycanda baş verən mühüm hadisələrə cavab yazıb göndəririk. Bilmirəm hansı prinsiplərlə, amma nümayəndə heyətləri yaradılır və başqa ölkələrdəki həmvətənlərimizlə ünsiyyət üçün səfərə çıxırlar”.

Soydaşımız qeyd edib ki, Azərbaycan səfirliyinin əməkdaşları tərəfindən daim diqqətdə olur:

“Mən təqaüdçüyəm, qocalıq müavinəti ilə yaşayıram, çünki, mən İsrailə yaşlı qadın kimi gəlmişəm. İsrail dövləti mənim rahat həyatım üçün lazım olan hər şeyi edir”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...