İsrailin Azərbaycandakı səfirliyi Qazaxıstanın Aktau şəhərində AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Diaspora.TV xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir:
"Bu gün baş vermiş Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzası xəbərini dərin üzüntü və şokla qarşıladıq. Sağ qalanların tezliklə sağalması üçün dua edirik. İsrail xalqı adından yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı veririk. Həlak olanların ruhları şad olsun".
Məlumatda bildirilib ki, İsrail səfirliyi müvafiq qurumlarla əlaqədədir və zəruri olan hər cür köməyi göstərməyə hazırdır.