Tarix: 03.08.2024 / 11:50
İspaniyada qeyri-qanuni miqrantların   sayı artıb

İspaniyada qeyri-qanuni miqrantların sayı artıb

2024-cü ilin yanvar-iyul aylarında İspaniyaya 29 mindən çox qeyri-qanuni miqrant gəlib.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki,bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 79,5% çoxdur. Eyni zamanda, ən çox miqrant Kanar adalarına gəlib(21,5 min nəfər). Bu, 2023-cü ilin yanvar-iyul aylarında qeydə alınan göstəricidən 152,4% çoxdur.

Qeyd olunur ki, Kanar adalarında qeyri-qanuni miqrantlarla bağlı vəziyyət ötən il arxipelaqa 40 minə yaxın insanın gəldiyi zaman pisləşib ki, bu da 2022-ci il göstəricisindən 154,5 faiz çoxdur.





Şərhlər

Yaz...