Tarix: 31.10.2024 / 10:12
İspaniyada daşqınların qurbanları arasında    Azərbaycan vətəndaşları var?

İspaniyada daşqınların qurbanları arasında Azərbaycan vətəndaşları var?

"İspaniyanın Valensiya şəhərində baş verən daşqınlarda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur".

Diaspora.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Trend"in sualına cavab olaraq bildirib. O, həmçinin qeyd edib ki, Azərbaycanın İspaniyadakı səfirliyinə təxliyə ilə bağlı ölkəmizin vətəndaşlarından müraciət daxil olmayıb.

Qeyd edək ki, İspaniyanın Valensiya şəhərində baş verən daşqınlar nəticəsində azı 100 -ə qədər insan həyatını itirib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi İspaniya tərəfinə bu ölkədə baş verən daşqınlarda insanların həlak olması ilə bağlı başsağlığı verib.


Şərhlər

Yaz...