Tarix: 21.09.2024 / 19:50
 İsmayılovun sifarişi ilə müğənnini oğurlayanlardan     biri də danışdı

İsmayılovun sifarişi ilə müğənnini oğurlayanlardan biri də danışdı

Müğənni Abraham Russonun oğurlanması işi üzrə təqsirləndirilən şəxslərdən biri Vladimir Şestopalov günahını etiraf etməyib və törətdiyi cinayətdən peşman olmaqdan imtina edib.

Diaspora.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Şestopalov təxminən 6 il federal axtarışda olduqdan sonra sentyabrın 4-də saxlanılıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsi (“Bir qrup şəxs tərəfindən zorakılıq tətbiq etməklə qabaqcadan əlbir olaraq adam oğurlamaq”) ilə ittiham olunub.

2021-ci ildə Moskva məhkəməsi bu işdə Elyar Dəmirov və Vladimir Qusakovu təqsirli bilib, onlar müvafiq olaraq 5 və 6 il azadlıqdan məhrum ediliblər, lakin məhdudiyyət müddətinin başa çatması səbəbindən cəzadan azad ediliblər.

İstintaq müəyyən edib ki, Dəmirov 2004-cü il yanvarın 31-də əlaltıları ilə birlikdə Abraham Russonu restoranda saxlayıb, müğənni orada döyülüb və bıçaqla hədələnib. Daha sonra onu Moskva yaxınlığındakı evə aparıblar və 2004-cü il fevralın 1-dək əsirlikdə qalıb.

Oğurlayanlar Russodan bütün konsertləri ləğv etməyi və Çerkizov bazarının sahibi Telman İsmayılovun şərtləri ilə müqavilə imzalamağı tələb ediblər.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Abraham Russo sənətçini oğurlamaqda və öldürməyə cəhddə ittiham olunan idmançı-güləşçi Tarxan Eldukaevin əleyhinə ifadə verib. Məhkəmə Russonun ifadəsi, şahid ifadələri, digər təqsirləndirilən şəxsin ifadəsi və ekspertizanın nəticələri əsasında Eldukayevə qarşı istintaqın şübhələrinin əsaslı olduğunu təsdiqləyib.


Şərhlər

Yaz...