Tarix: 07.11.2024 / 09:00
İsmayılovun sifarişi ilə müğənnini oğurlayandan    5 milyon tələb olunur

İsmayılovun sifarişi ilə müğənnini oğurlayandan 5 milyon tələb olunur

Müğənni Abraham Russonun müdafiəçisi Vladimir Şestopalova qarşı mənəvi ziyana görə 5 milyon 700 min rubl məbləğində təzminat tələb edəcək.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“İddia bu gün və ya sabah veriləcək. İddianın yekun məbləği 5 milyon 700 min rubl təşkil edir”, – deyə Russonun vəkili Aleksey Aleşkin bildirib

Xatırladaq ki, məhkəmə Abraham Rusonu oğurlayan Aleksandr Şestopalova qarşı cinayət təqibini iddia müddətinin başa çatması ilə əlaqədar dayandırıb. İddia olunurdu ki, müğənni azərbaycanlı iş adamı Telman İsmayılovun sifarişi ilə qaçırılıb.

Şərhlər

Yaz...