Tarix: 03.11.2024 / 23:00
İş adamlarımızı qorumaq yaşadıqları ölkənin məsuliyyətidir  - Hüquq müdafiəçisi

İş adamlarımızı qorumaq yaşadıqları ölkənin məsuliyyətidir - Hüquq müdafiəçisi

Xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını narahat edən cinayətkar ünsürlərlə necə mübarizə aparmaq həmin ölkələrin hüquq-mühafizə orqanlarının məsuliyyətidir.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında hüquq müdafiəçisi Sədaqət Paşayeva deyib. O, bu məsələnin hazırda aktual olduğunu bildirib:

“İş adamlarımızın əksəriyyəti ölkəmizdən kənarda yaşayırlar. Yaşadıqları ölkələrdə işləyir və vergi ödəyirlər. Onların təhlükəsizliyi həmin ölkələrin hüquq-mühafizə orqanlarının vəzifəsidir”.

Sədaqət Paşayeva təklif edib ki, cinayətkar ünsürlərlə mübarizə aparmaq üçün beynəlxalq qurumun yaradılmasına ciddi ehtiyac var.


Jalə
Diaspora.TV


Şərhlər

Yaz...