Tarix: 25 İyul 2024 18:30 | Baxış sayı: 283
İş adamlarımıza ümid etməyin!  - Əli İsa Cabbarov

İş adamlarımıza ümid etməyin! - Əli İsa Cabbarov

“İş adamlarımızın mentalitetində incəsənət sözü yoxdur, onlara ümid etməyin”.

Bu sözləri Diaspora.TV-yə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyib. O, bildirib ki, Azərbaycan istehsalı olan filmlərin xarici ölkələrdə təbliği ilə bağlı Kinematoqrafçılar İttifaqı böyük layihələr üzərində işləyir:

“İşlər planlayırıq, sadəcə Mədəniyyət Nazirliyinə əlavə dəstək üçün müraciət edəcəyik. Mənə elə gəlir hər yeni filmlərimizin xarici premyeraları filmin istehsal xərclərinə daxil edilməlidir”.

Əli İsa Cabbarovun fikirincə, Mədəniyyət Nazirliyinin bu istiqamətdə təcrübəsi var:

“Film heyətləri ilə Azərbaycan Kinemotoqrafçılar İttifaqı bu istiqamətdə birgə nəticə əldə edə bilərik”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?