Tarix: 09.09.2024 / 11:20
İş adamından azərbaycanlı ifaçıya bahalı hədiyyə    - FOTO

İş adamından azərbaycanlı ifaçıya bahalı hədiyyə - FOTO

İş adamı Adnan Əhmədzadə MDB ölkələrində populyar olan azərbaycanlı ifaçı Jonyə (Cahid Hüseynli) bahalı hədiyyə alıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Jony sosial media hesabında paylaşım edib.

Jony iş adamının ona bahalı saat bağışladığı anları izləyiciləri ilə bölüşüb.

“Təşəkkür edirəm, əziz qardaş” , - deyə Jony paylaşımında bildirib.




Qeyd edək ki, Adnan Əhmədzadə 24 yanvar 1978-ci ildə anadan olub. O, 1998-2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində (2003-cü ildən Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi) İxrac əməliyyatları idarəsində ekspert vəzifəsində çalışıb. 2005-2006-cı illərdə "Azərtrans" MMC-nin baş direktoru, 2006-2019-cu illərdə isə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

A.Əhmədzadə 2018-ci ildə SOCAR Trading-in icraçı direktoru, 2019-cu ildə isə investisiyalar və marketinq üzrə vitse-prezidentin müavini vəzifəsinə təyin edilib.

2023-cü ildən ABDA Invest Holding-in təsisçisi və sədridir. 2023-cü ildən isə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidentidir.

Şərhlər

Yaz...