Tarix: 08.06.2024 / 09:52
İrlandiya hökumətindən   diaspor siyasətinə dair örnək

İrlandiya hökumətindən diaspor siyasətinə dair örnək

İrlandiya hökuməti 2020-2025-ci illər üçün yeni Diaspor Strategiyasını təsdiqləyib.

Diaspora.TV irland mediasına istinadən xəbər verir ki, strategiya hökumətin dünya üzrə irland diaspor icmalarını dəstəkləmək və onlarla əlaqə yaratmaq üçün növbəti beş il ərzində nə edəcəyini müəyyən edir.

Həmin sənəddə qeyd olunur ki, bu gün qlobal İrlandiya icmasının müxtəlifliyini əks etdirən diasporun geniş və əhatəli tərifini tələb edir. Strategiyanın müddəalarının Azərbaycan diaspor fəalları və bu sahədə araşıdrma aparan elm adamları, jurnalistlər, eyni zamanda sözügedən sahəyə cavabdeh qurumlar üçün də maraqlı olacağını güman edirik. Ona görə də həmin sənəddən əsas müddəaları təqdim edirik.

Strategiya İrlandiya hökuməti üçün prioritetləri, xüsusən də öhdəlikləri aşağdakı kimi əks etdirir:

- Xaricdəki icmaların ən həssas təbəqələrinin dəstəklənməsini təmin etmək;
- İrlandiya vətəndaşlarının harada yaşamasından asılı olmayaraq, prezident seçkilərində səsvermə hüququnun genişləndirilməsi üçün referendum keçirmək;
- ABŞ-a qanuni miqrasiya yollarını və sənədsiz İrlandiya vətəndaşları üçün həll yollarını axtarmaq;
- Diasporun gələcək nəslinin İrlandiyada işləmək və təhsil almaq imkanlarını təşviq etmək;
- Vətənə qayıdan mühacirlərin qarşısında duran maneələri aradan qaldırmaq.

İrlandiya xarici işlər naziri və müdafiə naziri Saymon Koveni yeni strategiyanı alqışladyaraq deyir:

“Hökumətin prezident seçkilərində vətəndaşlarımıza səsvermə hüququnun dövlət sərhədlərindən kənarda da genişləndirilməsi ilə bağlı referendum keçirmək öhdəliyi bütün dünyaya səpələnmiş vətəndaşlarımızı demokratiyamıza cəlb etmək üçün real imkan yaradır. Bu, Hökumətin Prezidentliyi bütün İrlandiya vətəndaşlarını təmsil edən bir instututa çevrilməsinə böyük əhəmiyyət vediyini vurğulayır”.

Diasporla İş üzrə Dövlət Naziri Kolm Brofi bildirib ki, bizim birinci prioritetimiz həmişə xaricdəki xalqımızın rifahı olacaq:

"İrlandiya icma əsaslı təşkilatlar həssas irlandiyalı mühacirlərə kömək etməkdə mühüm rol oynayır və biz onların işini Mühacirətə Dəstək Proqramı vasitəsilə dəstəkləməyə davam edəcəyik. İrlandiya dəyişdiyi kimi, mühacirət təcrübəsi də dəyişir. Gənclər hələ də xaricə gedəcəklər, lakin onlar vətənə qayıtmaq istəyəndə biz bunu asan bir prosesə çevirmək istəyirik. İrlandiya bu gün daha müxtəlif və multikultural ölkədir və bizim diasporumuz da belədir. Bu bizim dəyər verdiyimiz və qeyd edəcəyimiz bir şeydir”.

Vahid Əli
Diaspora.TV

Şərhlər

Yaz...