Tarix: 16.10.2024 / 11:19
İrəvan Bakıdan hələ cavab almayıb -    Ani Badalyan

İrəvan Bakıdan hələ cavab almayıb - Ani Badalyan

"İrəvan hələ avqustda sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycana təqdim olunan təklifə cavab almayıb".

Diaspora.TV erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, iyunun 26-da Ermənistan tərəfi sülh müqaviləsi üzrə 10-cu təkliflər paketini aldığını elan edib. Təxminən bir həftə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi layihəsinin azı 80 faiz razılaşdırıldığını bir daha təsdiqlədi. Sonra isə Bakını onu imzalamağa dəvət etdi. Lakin Azərbaycan tərəfi bu təklifi qeyri-real adlandırıb.









Şərhlər

Yaz...