Tarix: 09.11.2024 / 16:15
İranlı ermənipərəst ekspertdən    sərsəm iddia

İranlı ermənipərəst ekspertdən sərsəm iddia

Anti- Azərbaycan mövqeyi ilə tanınan ermənipərəsət iranlı ekspert Ehsan Movəhhediyan “Armen Press”ə verdiyi müsahibə ilə bağlı paylaşım edib.

Diaspora.TV xəbər verir ki, bu barədə Azadİran məlumat yayıb.

“İran və Ermənistanın maraqları tamamilə üst üstə düşür. Bakı ilə tezliklə sülhün əldə olunması ehtimalı olmadığı və Türkiyə və Azərbaycanın Şərq-Qərb dəhlizinin yaradılması üçün Ermənistanın ərazi bütövlüyünə hörmət edilmədiyi üçün Tehran və İrəvan Şimal-Cənub dəhlizini mümkün qədər tez başa çatdırmalıdır”.

Ekspert Ermənistan enerji təchizatının diversifikasiyası siyasətini həyata keçirmək üçün İrana arxalana biləcəyinə toxunaraq qərəzli olaraq qeyd edib:

“Türkiyə bəzi dövlətlərin dəstəyi ilə Türk dünyası yaratmağa can atır və yeganə maneə Ermənistandır. Bəzi qonşular Ermənistanda sabitliyi pozmağa və onun xüsusi sivilizasiyasını məhv etməyə çalışırlar. Bu qonşulardan fərqli olaraq, İran erməni irsini qoruyur”.


Şərhlər

Yaz...