Tarix: 27.09.2024 / 17:40
İranlı ermənipərəst ekspertdən     cəfəng iddia

İranlı ermənipərəst ekspertdən cəfəng iddia

Daim anti-Azərbaycan mövqeyi ilə çıxış edən ermənipərəst ekspert Ehsan Movəhhediyan “X” hesabında paylaşım edərək Güney azərbaycanlılara qarşı yenə kin püskürüb.

Diasproa.TV xəbər verir ki, o, həyasızcasına “azəri” sözünü ortaya atıb və güneylilərin etnik kimliyini saxtalaşdırmağa çalışıb.

O, Ərdəbildə milli fəalların Azərbaycan dilində kitablar və etiraz vərəqələri paylamasına toxunaraq yazıb:

“Məqsəd, gələcəkdə Ərdəbil əhalisinin İranın “azəri” olmayan bölgələrinin əhalisi ilə danışa bilməməsi, onlarda başqa iranlılara mənsubluq hissinin olmaması ilə İranın ərazi bütövlüyünü təhdid etməkdir. Mətn də yalandır, “azəri” dili qadağan olunmayıb. Konstitusiyanın 15-ci maddəsində yerli ədəbiyyatın tədrisi qəbul edilir, ana dilində tədris yox!”.

Qeyd edək ki, ekspertin yalan iddiasına rəğmən, İran konstitusiyasının 15-ci maddəsi fars dili ilə yanaşı digər yerli dillərin də məktəblərdə tədrisini vurğulayır./Azadİran



Şərhlər

Yaz...