Tarix: 06.11.2024 / 13:00
İranın radikal qəzeti Pezeşkiana səsləndi:     Bakıya getməyin, sizə tələ qurublar

İranın radikal qəzeti Pezeşkiana səsləndi: Bakıya getməyin, sizə tələ qurublar

"İran prezidenti Məsud Pezeşkianın Bakıya səfər edəcəyi xəbəri doğrudursa, o, təhlükəli tələyə düşüb. İrandakı qərbyönümlü dairələr İslam Respublikası və şəxsən prezidentin şəxsiyyətinə ağır zərbə vuracaqlar".

Diaspora.TV xəbər verir ki, bu barədə İranın ali dini rəhbəri Əli Xameneyinin ofisinə birbaşa tabe olan radikal və ultramühafizəkar “Keyhan” qəzetinin məsul redaktoru Hüseyn Şəriətmədari noyabrın 11-22-i tarixlərində Azərbaycanda keçiriləcək COP29 Konfransına toxunaraq yazıb.

Onun sözlərinə görə, İsrail prezidenti İshak Hersok da konfransa qatılacaq və “Pezeşkianın İsrail prezidenti ilə eyni sammitdə olmasına necə məhəl qoymamaq olar?”.

“Azərbaycanın müsəlman ölkə olaraq İsraili sammitə dəvət etməyə haqqı yoxdur. Bu, İslama və müsəlmanlara xəyanətdir. Biz Məsud Pezeşkiandan nəinki konfransda iştirakdan imtina etməsini, həm də Bakıya kəskin etirazını bildirməsini gözləyirik... Açıq-aydın görünür ki, Bakı sammitinə nə Pezeşkian, nə də İrandan heç bir nümayəndə heyəti qatılmamalıdır və şübhəsiz ki, qatılmayacaqlar... “İranın Qərbyönümlü siyasətçilərinin hansı motivlə Pezeşkianı Azərbaycanda keçiriləcək konfransda iştiraka sövq etmələri məlum deyil. Yəni onlar hələ də anlamırlar ki, İran prezidenti və ya nümayəndə heyətinin Bakıda iştirakı İslam düşmənlərinin təhlükəli tələsinə düşmələri deməkdir”, - deyə Şəriətmədari qərəzli iddia ortaya atıb.


Şərhlər

Yaz...