Tarix: 25.09.2024 / 12:50
İranın erməni deputatı Azərbaycana “xəbərdarlıq”    edib

İranın erməni deputatı Azərbaycana “xəbərdarlıq” edib

İsfahanda və İranın cənubunda yaşayan xristian ermənilərin parlamentdəki nümayəndəsi Geqard Mənsuriyan dünən parlamentin plenar iclasında cəfəng iddia ilə çıxış edib.

Diaspora.TV xəbər verir ki, bu barədə Azadİran teleqram kanalı məlumat yayıb:

“Sionist rejim” Azərbaycanda və Qarabağın “ələ keçirilən” bölgələrində olmaqla, eləcə də Bakını dəstəkləyib silahlandırmaqla İranın sərhədlərində təzyiq və böhran yaratmağa çalışır. İsrail İranın böyük ərazisinə zərbə vurmaq üçün Ermənistanla “tarixi sərhəd”inin ləğv edilməsinə çalışır”.

O, habelə Azərbaycanın Türkiyə və İsrail tərəfindən dəstəklənməsinə toxunaraq qərəzli açıqlama verib:

“Bu dəstək Azərbaycanı o qədər cəsarətləndirib ki, ölkənin rəsmi mətbuatında əziz İranın parçalanmasından danışılır. İndi də Ermənistan torpaqlarını işğal etmək, İranla Ermənistan arasında beynəlxalq sərhədi kəsmək və “Turan” - Zəngəzur dəhlizini yaratmaq illüziyasına qapılıblar”.

Erməni millət vəkili iddia edib ki, Zəngəzur dəhlizinin açılması İranın milli təhlükəsizliyinə, maraqlarına və ərazi bütövlüyünə təhdiddir.

Şərhlər

Yaz...