Tarix: 02.11.2024 / 14:30
İranın daha bir eksperti Azərbaycanı    hədəfə aldı

İranın daha bir eksperti Azərbaycanı hədəfə aldı

İran dövlət televiziyasında özünü iqtisadi ekspert kimi təqdim edən Məhəmmədtahir Rəhimi Azərbaycan əleyhinə qərəzli açıqlamalar verib.

Diaspora.TV xəbər verir ki, İran hökumətinin sifarişi ilə cəfəng iddialarla çıxış edən ekspert İsrailin əsas yanacaq təminatçısı kimi Azərbaycanın cəzalandırılmasını istəyib. O, İsrailin neft tədarükçüsü kimi Qazaxıstanın və Azərbaycanın adını çəkib.

Rəhimi deyib ki, Azərbaycan nefti Bakı-Tblisi-Ceyhan boru xətti ilə İsrailə göndərilir.

Onun idiasına görə, Bakının Təl-Əvivə neft ixracı nəticəsində İsrail iranlı generalları öldürüb.

Şərhlər

Yaz...