Tarix: 27.09.2024 / 11:00
“İranda nəsə baş versə Azərbaycan və başqa xalqlar müstəqil olar”    - Pezeşkian

“İranda nəsə baş versə Azərbaycan və başqa xalqlar müstəqil olar” - Pezeşkian

Prezident Məsud Pezeşkian Amerikada yaşayan İran diasporu ilə görüşündə ölkəsində hər hansı gərginlik və toqquşma olarsa İranın parçalana biləcəyindən söz açıb.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

“İranda bir hadisə baş versə, iranlılar deyə bir şey qalmayacaq. Azərbaycan (Güney), Kürdüstan, Xuzistan və Bəluçistan (əyalətləri) İrandan ayrılıb müstəqil olacaq, öz qüvvələrini yaradacaq və artıq İran olmayacaq. Biz ölkədə qarışıqlıq olmasını istəmirik. Ölkədə birlik yaratmaq istəyirik. Gəlin oturub birlikdə danışaq…”, - deyə, Pezeşkian bildirib.


Şərhlər

Yaz...