Güneyli repçi Rza Təbrizinin həbsindən bir həftədən çox vaxt keçməsinə baxmayaraq, onun vəziyyəti ilə bağlı hələ də məlumat yoxdur.
Diaspora.TV xəbər verir ki, bu barədə “Araz News” məlumat yayıb.
Bildirilib ki, gənc reper təxminən 10 gün öncə Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb. Onun saxlanılmasından sonra həbsinin səbəbi, harada olması və səhhəti ilə bağlı heç bir xəbər yoxdur.
Sənətçinin ailəsi və yaxınları dəfələrlə əlaqədar qurumlara müraciət edərək Rza Təbrizinin taleyindən xəbər tutmağa çalışsalar da, indiyədək bu cəhdlər nəticəsiz qalıb.