“İranda azərbaycanlıların xeyrinə olan istənilən layihəni paniranistlər cərəyanı bir növ ləğv edir”.
Diaspora.TV “Azad İran”a istinadla xəbər verir ki, bu sözləri İran Dövlət Teleradio Təşkilatının keçmiş rəhbəri İzzətullah Zərğami deyib.
Onun sözlərinə görə, telekanallar rəqəmsallaşdıqdan sonra əyalət kanallarından başqa bütün ölkdə yayımına başlamağı nəzərdə tutulan kanallardan biri Azərbaycan dilində idi.
Lakin bir qrup şəxs Zərğami barədə İranın ali dini rəhbərinə şikayət edib:
“Deyirdilər ki, Zərğami fars dilini təhlükəyə atmaq istəyir və milli televiziyada türkdilli kanal açmağa can atır. Mən ali rəhbərlə görüşdüm. O, bildiridi ki, mənim müəyyən bir qrupun etiraz etdiyi məlum məsələyə nə müsbət, nə də mənfi münasibətim var. Amma siz iki nəfərlə - Mirhüseyn Musəvi və Əbdüləlizadə ilə məsləhətləşin! Onların hər ikisi ilə danışdım. Dedim ki, Azərbaycan dilində kanal açmaq istəyirik, siz də türksünüz. Şərtləri də izah etdim. Çox uzun çəkəcəyini güman edirdim. Hər ikisi dedi ki, əladır. Açın! Ali Milli Təhlükəsizlik Şurasının katibliyindən məsələ ilə bağlı soruşmaqla səhv etdim. Katiblikdən bildirdilər ki, iclas keçirilsin. Keçirildi. Hamısı əla fikirdir dedi. Bildirdim ki, qərar qüvvəyə minsin. Dedilər ki, "Gələn həftə". Bu da oldu 2 həftə, sonra uzanaraq 6 ay oldu. Mən də ali rəhbərə məktub yazdım ki, bunlar o qədər süründürdülər ki, mən daha fikrimdən daşındım və bu potensialı başqa ixtisaslaşmış telekanalda həyata keçirərəm. Bununla belə, Azərbaycan əyalətlərində türk dilində yayımlanan 4 kanal açmışıq",- deyə telekanal rəhbəri bildirib.