Tarix: 24.12.2024 / 14:00
İranda ana dili ilə bağlı daha bir qadağa:   Yayıma icazə verilmədi

İranda ana dili ilə bağlı daha bir qadağa: Yayıma icazə verilmədi

“Farslar Türkiyə hökumətinə və TRT-yə bu qədər hücum edərkən biz niyə kampaniyaya başlayıb Türkiyədən İranda yaşayan türklər üçün Azərbaycan türkcəsində kanal açmağı istəməyək?”.

Diaspora.TV xəbər verir ki, bunu güneyli sosial media fəalı Musa Aşofte deyib.

O, bu barədə Türkiyə Radio və Televiziya Qurumu – TRT-nin farsca bölümünün İranda fəaliyyətinə icazə verilməməsi səbəbindən etirazını dilə gətirərkən bildirib.

“Belə bir kanal İranda təzyiq altında olan dilimiz, mədəniyyətimiz, incəsənətimiz üçün nəfəs məkanı ola bilər”, - deyə o qeyd edib.


Şərhlər

Yaz...