Tarix: 31.10.2024 / 16:10
İrana casusluq edən azərbaycanlı   ər-arvad İsraildə həbs edildi

İrana casusluq edən azərbaycanlı ər-arvad İsraildə həbs edildi

İsrail polisi və ŞABAK Lod şəhərində İrana casusluq edən azərbaycanlı ər-arvadı - Rafael Quliyev və Lalə Quliyevanı həbs edib.

Diaspora.TV xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

İstintaqın məlumatına görə, Rafael Quliyev iranlı kuratorun göstərişi ilə hərəkət edən Azərbaycan əsilli, 56 yaşlı Elşən (Elxan) Ağayev tərəfindən əməkdaşlığa cəlb olunub.

Quliyev İsraildəki müdafiə qurğularına, o cümlədən MOSSAD-ın qərargahına nəzarət etmək üçün missiyalar həyata keçirib, həmçinin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunda (İNSS) çalışan alim haqqında kəşfiyyat məlumatları toplayıb. R.Quliyevdən alimi öldürə biləcək şəxsin tapılması da tələb olunub.

Bildirilib ki, R.Quliyevə bəzi tapşırıqları yerinə yetirmək üçün həyat yoldaşı Lalə Quliyeva kömək edib.


Şərhlər

Yaz...