Tarix: 03.12.2024 / 16:31
İrandan Azərbaycan dilinə daha bir qadağaya...     - Tələbələr etiraz etdi

İrandan Azərbaycan dilinə daha bir qadağaya... - Tələbələr etiraz etdi

İranın Ərdəbil əyalətinin Mohəqqəq Ərdəbili Universiteti “Xətai” Mədəniyyət Mərkəzi tərəfindən planlaşdırılan Azərbaycan türkcəsi təlim seminarına məhdudiyyətlər qoyub.

Diaspora.TV xəbər verir ki, bu barədə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) məlumat yayıb.

16 seansdan ibarət bu seminar tələbələrə ana dilinin öyrədilməsi və möhkəmləndirilməsi məqsədi ilə hazırlanıb. Ancaq universitet rəsmiləri seminarın təşkilinə maneə yaradıblar. Universitetin etirazına səbəb Mədəniyyət Mərkəzinin hazırladığı “Anama oxşarlığımdır, Ana dilim” başlıqlı banner olub. Senzuraya etiraz edən tələbələr universitet şəhərciyində heç bir dizaynı və yazısı olmayan ağ pankart quraşdırıblar.


Şərhlər

Yaz...