Tarix: 23.11.2024 / 10:35
İran televiziyası Azərbaycan qarşı...   - Uydurma film

İran televiziyası Azərbaycan qarşı... - Uydurma film

Bir neçə gün əvvəl İran rejiminin Azərbaycan əleyhinə təbliğat və informasiya zəhərinin başlıca ruporu olan “Səhər” televiziya kanalı hazırladığı sənədli filmin anonsunu yayıb. Yaxın gələcəkdə kanalda nümayiş etdiriləcəyi bildirilən bu filmdə guya Azərbaycanın, eləcə də Türkiyənin Ermənistanla gizli ticarət əlaqələrindən danışılır.

Diaspora.TV xəbər verir ki, bu barədə Azadİran məlumat yayıb.

Film “Pünhan həqiqətlər”, yəni gizli həqiqətlər adlanır. Amma dövlət televiziyası olan bu kanal utanmazcasına “unudur” ki, istər Azərbaycan torpaqlarının erməni işğalında olduğu dövrdə, istərsə də həmin torpaqların şanlı Azərbaycan Ordusu tərəfindən azad edildiyi 44 günlük müharibədən sonra İranın Ermənistana hərtərəfli dəstəyi heç kəsə gizli olmayan aşkar həqiqətdir. Belə şantaj xarakterli uydurma filmlərlə azərbaycanlıları çaşdırmaq mümkün deyil.

Həmin filmin anonsunu ehtiva edən təqribən dörd dəqiqəlik süjetə “Səhər” kanalının qoyduğu “Azərbaycan hakimiyyətinin erməni sevdası” başlığı isə həyasızlığın son həddidir və necə deyərlər, öz adını başqasına qoymaqdan başqa bir şey deyil. Axı illərdir Azərbaycan mediası real faktlarla, tutarlı dəlil və sübutlarla İran hakimiyyətinin erməni sevgisini göstərir. Bu tükənməyən sevginin səbəblərini anlamağa və anlatmağa çalışır. İran rejiminin İkinci Qarabağ Müharibəsində Ermənistanın biabırçı məğlubiyyətindən və kapitulyasiyasından sonra daha aşkar görünən və müxtəlif formalarda təzahür edən erməni aşiqliyini müşahidə etmək üçün hansısa filmə ehtiyac yoxdur.

Şərhlər

Yaz...