Tarix: 25.10.2024 / 14:45
Zərifdən sərsəm iddia -   İsrail Azərbaycanı öz qurbanına çevirir

Zərifdən sərsəm iddia - İsrail Azərbaycanı öz qurbanına çevirir

Tehran Universitetinin Qlobal Araşdırmalar İnstitutunda “Cənubi Qafqazın strateji, iqtisadi və mədəni məsələləri” mövzusunda keçirilən konfransda çıxış edən İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif ölkəsinin qonşuluq siyasətindən danışıb.

Zərif bildirib ki, İsrailin Azərbaycanda mövcudluğu Fars körfəzinin bəzi ölkələrində özünə qalxan yaratmaq kimidir və əslində, onları dəstəkləmir, müdafiə etmir, öz qurbanına çevirir.

İran, Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan arasında “3+3” platforması siyasi təşəbbüsünə toxunan vitse-prezident vurğulayıb ki, region ölkələri bu platformadan istifadə etməklə problemləri həll edə bilər:

“Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağ savaşından sonra əldə edilən üçtərəfli atəşkəs sazişinin 9-cu bəndi (bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır) qarşıdurmaya deyil, əməkdaşlığa gətirib çıxara bilər və kombinasiyalı tranzit konsorsiumu yaratmaqla bütün Qafqaz ölkələrinin və böyük qonşu dövlətlərin maraqlarını təmin etmək olar”. (NamehNews)


Şərhlər

Yaz...