Tarix: 11.11.2024 / 19:00
İran mediasının COP29-a qarşı təbliğatı    davam edir

İran mediasının COP29-a qarşı təbliğatı davam edir

İran mediasının Azərbaycanda keçirilən COP29-a qarşı təbliğatı davam edir.

Diaspora.TV xəbər verir ki, “Məşrəq” qəzeti Bakıda keçirilən COP29 iqlim sammitində Pezeşkianın iştirak etmə ehtimalına qarşı məqalə yazıb.

“Günün təhlili” başlığı ilə dərc edilən bu məqalədə iqlim sammitlərinin, əsasən İranın maraqlarına zidd olduğu vurğulanıb. Eyni zamanda, bildirilib ki, İran fosil enerji istehsalçısı olan bir ölkədir.

Məqalədə Pezişkianın Bakıya səfər edəcəyi təqdirdə “sionistlər” ilə görüşə biləcəyindən və İham Əliyevlə şəkil çəkdirəcəyindən narahatlıq ifadə edilib.



Şərhlər

Yaz...