“Tabnak” saytı Türkiyədə İran vasitəsilə fəaliyyət göstərən “Qüds TV” telekanalına istinadən yazıb ki, Azərbaycan dövləti öz ərazisində İsrailə hava bazası verib, F-35 qırıcılarını bu bazada yerləşdirib.
Diaspora.TV xəbər verir ki, saytın istinad etdiyi telekanalda İranın sifarişi ilə çıxış edən ekspert həyasızcasına Azərbaycanın İsraillə əlaqələrini tənqid edib.
Onun sözlərinə görə, F-35-lər İranın birbaşa strateji hədəflərinə, nüvə obyektlərinə hücum edən qırıcılardır.
Saytda ekpertdən sitat gətirilərək yazılıb:
“Azərbaycan öz ölkəsində İrana qarşı İsrail qırıcılarını yerləşdirib. Bu yerləşdirmənin məqsədi İrana hücum etməkdir!”.