Tarix: 10.08.2024 / 10:10

İran İsrailə atəş aça biləcəkmi?

Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub vaxtı”nın növbəti buraxılışı yayımlanıb.

M.Əhmədoğlunu səsləndirdiyi fikirlərin mətnini ixtisarla təqdim edirik:

İsmayıl Haniyanın Tehranda qətli İran İslam İnqilabının tarixinə yeni bir baxış ortalığa qoyur. İran özünü ritorikada qlobal miqyaslı güc sahiblərindən biri kimi təqdim edir. Açıqladığı rəqəmlərdən külli miqdarda raketə, PUA-ya malik olduğu aydın olur. Bu raket və PUA-lar bu vaxtadək yalnız 3 ərazidə tətbiq olunub;

- İraq Kürdüstanı dəfələrlə SEPAH-ın raket atəşinə məruz qalıb. İraq Kürdüstanının İrana cavab vermək imkanı olmayıb.

- İran Pakistan ərazisində terrorçu qrupa zərbələr endirdi. Pakistan bunu ərazi bütövlüyünün pozulması kimi qəbul etdi və iki gün ərzində İrana raket zərbələri endirdi. Pakistanın PUA-ları İran ərazisində əməliyyatlar keçirdi. İran Pakistana cavab verə bilmədi. Bundan sonra İraq Kürdüstanı və digər zəif ərazilərə də hədə gəlməyi yadından çıxartdı.

- Aprelin 13-də isə İsrailin Dəməşqdə İran konsulluğunu raket zərbələri endirməsinin əvəzinə İsrailə raket zərbələri endirdi. Bu raket zərbələri o qədər zəif alındı ki, hətta İranla ABŞ arasında danışılmış hərbi əməliyyatlar kimi də qiymətləndirdilər.

Bəli, qayıdaq Tehranda İranın ən əziz qonağı statusunda olan İsmayıl Haniyanın öldürülməsi məsələsinə. SEPAH-ın birinci açıqlamasında İranın xaricindən atılan zərbə nəticəsində Tehranın şimalında yerləşən Veteranlar Evində gecələmiş İ.Haniya öldürülüb. Raket zərbələrinin İranın ərazisinə xaricdən və şimalından endirildiyi bildirildi.

İranın şimalında üç dövlət var: Türkmənistan, Ermənistan və Azərbaycan. İranla Türkmənistan arasında münasibətlər indi çox işgüzardır. İran ümid edir ki, Türkmənistan qazının böyük bir qismi İran ərazisindən Türkiyəyə (Avropaya) keçəcək. İranın əsas məqsədi Azərbaycan Respublikasından kənar keçən layihələrə üstünlük vermək idi. 
Türkmənistanın Xİ naziri İran prezidentinin andiçmə mərasimində iştirak etdi. Onu yeni təyin olunmuş prezident M.Pezeşkian qəbul etdi. Azərbaycanın Baş nazirini yalnız İranın vitse-prezidenti qəbul etdi. M.Pezeşkianın səhəri gün Azərbaycanın Baş nazirini qəbul etməsinin səbəbi onun COP29-a dəvət məktubu aparması idi.

İranın şimalında olan dövlətlərdən biri Ermənistan, digəri isə Azərbaycandır. ER Baş nazirini çatan kimi ali dini lider və ondan bir az əvvəl də prezident M.Pezeşkian qəbul etmişdi. Bəllidir ki, İranın şimalından atılan raket dedikdə Ermənistan və ya Türkmənistan deyil, məhz Azərbaycan başa düşülürdü.

Nə baş verdisə SEPAH bir sutkadan da az vaxt keçmiş ikinci məlumatı yaydı. Bu zaman artıq “İranın şimalı” sözü yox idi. İranın daxilində SEPAH-ın tam nəzarəti altında olan və idarə olunan binada kimsə çarpayının altına bomba qoyubmuş və həmin bombanın partlaması nəticəsində Haniya rəhmətə getmişdi. SEPAH-ın üçüncü məlumatında isə yaxın məsafədən atılan top və ya raketlə öldürüldüyü bildirildi.

SEPAH-ın mövqeyində bu dəyişikliyin səbəbini axtarsaq ilk növbədə ağıla ABŞ gəlir. Çünki ABŞ kosmosdan İranda ən xırda hərəkəti belə görür. Ona görə atılan raket Haniyanın çarpayısına şimaldan gəlib və yaxud İranın daxilindən olub, bunu ABŞ görür. Görünür məhz ona görə də ABŞ-ın Ermənistanda hər cür imkanlarının olmasına baxmayaraq, İran Ermənistan və ABŞ-ın adını tutmadı.

RF Ermənistanda Aİ missiyasını və ABŞ hərbçilərinin həm də İrana qarşı casus mərkəzi kimi görür və İrana bu istiqamətdə təcili məlumat ötürə bilər.
Beləliklə “şimal” sözü gündəlikdən çıxarıldı.

İşin digər istiqaməti çox vacibdir. Yatağa bombanı qoyan və ya onun yatdığı otağa çox düzgün istiqamətdə raketi tuşlayan kim idi? Bəlli olub ki, həmin əraziyə sepahçılardan başqa heç kəs girməyib. SEPAH-ın içində Haniyanın ölümündə maraqlı olan adam və yaxud adamlar var.

Q.Süleymani SEPAH-ın elit Qüds qüvvəsinin komandiri idi və ətrafındakılar da sepahçı idi. Sonradan İran tərəfi açıqladı ki, Q.Süleymaninin koordinatını ABŞ-a öz dəstəsinin içindən verilib.

Dəməşqdə İran konsulluğunun vurulmasında da generalın həmin binada olub- olmamasını bilmək vacib idi. ABŞ və ya İsrailin əvvəlcədən məlumatı olub ki, SEPAH-çı general artıq konsulluğun binasındadır.
Müntəzəm surətdə İranın daxilində İsrailin casusları aşkarlanması barədə SEPAH-ın müxtəlif dəstələri və İran Kəşfiyyat Nazirliyi rəsmi məlumatlar yayırlar.

İsrailin bayrağının dalğalanması heç kəsə sirr deyil. 
İranda, xüsusilə SEPAH-ın içində İsrailə və ABŞ-a işləyən qüvvələr var.
Ermənistan kiçik faktor deyil. ABŞ-ın Ermənistandakı səfirliyi üç- ingilis, erməni və fars dillərində işləyir. Bu məxsusi olaraq ABŞ-ın İranla əlaqəli maraqlarının Ermənistandakı səfirliyi vasitəsilə reallaşdığını göstərir. ABŞ Ermənistandakı ermənilərlə İran vətəndaşları arasında kifayət qədər işlək əlaqə qura bilib.

Ermənistanda ABŞ-ın, Aİ-nin missiyası var və orta dərəcədə silahlanıblar. Silah logistikası Aİ missiyası üçün hər cür xırda raket və digər qurğular da gətirməyə imkan verir. ABŞ-ın Ermənistanda hərbi gücü çox böyükdür. Hətta Ermənistanın səfirliyi ABŞ hərbçisi tərəfindən idarə olunur. Ona görə Ermənistanda ABŞ-la birgə hərbi təlimlərdə İranın ərazisinin vurulmasının məşqləri keçirilə bilər. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi və müavinin keçmiş sovet respublikaları içərisində ən çox səfər etdiyi respublika Ermənistandır. Bəlkə də 4 dəfədən artıq səfər olunub.

Britaniyanın Mİ-6-sı ilə də Ermənistanın xüsusi xidmət orqanlarının geniş əlaqələri var. Bu əlaqələrdən ötrü Ermənistan özü yalvarıb. Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Ermənistanda olarkən hər dəfə N.Paşinyan onun qəbul edib. ABŞ Ermənistanın Rusiya ilə münasibətləri barədə açıq fikir bildirdikləri halda N.Paşinyanın İranla münasibəti barədə heç bir neqativ fikir bildirməyiblər.

Əlbəttə, ABŞ Ermənistanda İranı sıxışdırır. Sünikdə baş verənlər bunu aydın göstərir. Sadəcə mövzumuz o deyil deyə, detallara o qədər fikir vermirik. ABŞ-ın İran mövzusunda Ermənistanla apardığı siyasət çox qeyri-müəyyəndir.

ABŞ üçün ən vacib məsələlərdən biri dünya liderlərinin, o cümlədən İranın ali dini liderinin fiziki-bioloji vəziyyətidir. ABŞ bunu reallaşdıra bilmirdi. Son dövrlərdə ABŞ-ın İran üzərində psixoloji üstünlüyü hiss olunur. Görünür ali dini liderin səhhəti və digər dərin qatda olan məsələlər barədə məlumatlıdır. ABŞ MKİ N.Paşinyanın bədəninə müəyyən qurğular, cihazlar yerləşdirməklə N.Paşinyanın ali dini liderlə görüşü zamanı ali dini lideri 1-2 metr məsafədən izləyə bilər, müxtəlif çəkilişlər apara bilər. ABŞ indi özünü İranın üzərində daha üstün hesab edir.

Haniyanın ölümündə Azərbaycanın adının hallanmasının cari vəziyyətə dəxli yoxdur. Bu İranın ənənəvi siyasətidir. İran Azərbaycanın 50 il bundan sonra öləcəyinə zəmanət verən dövlətin qabağında həmin anda ölməyə hazırdır. Təki 50 ildən sonra olsa da Azərbaycan sıradan çıxsın. ABŞ şah dövründə bünövrəsini qoyduğu İranın Azərbaycana İslam inqilabı zamanı ciddi surətdə irəlilətdiyi ən əsas məsələlərdən biridir. İran ABŞ-ın dostu olmaq istəyirsə, həm şiəliyə, həm də azərbaycanlılara qarşı vuruşmalıdır. Şiələrin və azərbaycanlıların sayı azalmalıdır. Bu da ayrı mövzudur. Buna da toxunmuşuq və vaxt gələcək yenə toxunacağıq.

İran İsrailə atəş aça biləcəkmi? İsrailin və sonra da İranın davranışından bəlli oldu ki, İran İsrailə atəş aça bilməz. Hətta ABŞ tərəfindən prezident C.Baydenin, Dövlət Katibi E.Blinkenin verdiyi bəyanatları dərindən təhlil edərkən bəlli olur ki, İran ABŞ-ın bəyanatları ilə idarə olunur. Bir ay öncə İranın xarici işlər nazirinin beynəlxalq hüquq və siyasi məsələlər üzrə müavini, (birinci müavin statuslu) İranla ABŞ arasında gizli, qeyri-birbaşa danışıqların davam etməsində maraqlı olduğu bəyanatını vermişdi. İran üçün ABŞ həyati vacib dövlətdir. İran bu gün əslində Türkiyəyə, Rusiyaya qarşı mübarizə aparır. Ona görə də Azərbaycanı hədəf götürüb. Əlbəttə ilk növbədə İranın hədəfində Ermənistanı tərkib hissəsinə salmaqdır. Çünki İranın fikrincə, Rusiya zəifləyir və ABŞ Ermənistanı RF-in təsirindən çıxardır. İran da bir tərəfdən qoşulub Ermənistanı tamamilə RF-in nəzarəti altından çıxarıb öz tərkibinə qatsın. ABŞ-ın planı isə Ermənistanı, sonra Azərbaycanı İranın içərilərinə doğru irəlilətmək kimi görünür.

İranın ikinci hədəfi Türkiyədir və ona görə Türkiyənin daxilində İran son illərdə xeyli güclənib. Həm Rusiya, həm Türkiyəyə zərbə vurmağın yolu isə Azərbaycandan keçir. Bu da Azərbaycana qarşı mövqeyi sərtləşdirməyin cari səbəblərindən biridir. Fundamental tarixi səbəblərini yuxarıda qeyd etdik.

Haniyanın Qətərdə deyil, Tehranda öldürülməsində əsas səbəb həm İranın, həm də İsrailin maraqlarının üst-üstə düşməsidir. Haniyanın vasitəçiliyindən İsrail narazı idi. Çünki çox bacarıqla prosesi aparırdı. İsrailin Netanyahu hökuməti çətinliyə düşmüşdü. Oktyabrın 7-8-ində götürdüyü girovlarla çox gözəl manevr edə bilirdi. İsrail Haniyanın sıradan çıxması və müəyyən bir dövrdən sonra vasitəçilik prosesində digər HƏMAS təmsilçisinin iştirakını arzulayırdı.

İran da Haniyadan narazı idi. İran kontekstindən Haniyə iki prizmadan vasitəçilik edirdi. Bunlardan biri Fələstin-Qəzza vasitəçiliyi idi. Haniya daha çox ABŞ və Çinlə hesablaşırdı. Müəyyən qədər Rusiyanın sözünü nəzərə alırdı. Amma İranın sözünə qətiyyən qulaq asmırdı, bu İranı narahat edirdi. Türkiyənin də sözünü də Haniya vecinə almırdı. Türkiyə narahatçılığını elə də ciddi büruzə vermirdi.

Haniyanın İranı qane etməyən vasitəçiliyinin ikinci qismi onun İsrail və ABŞ-la təkbaşına danışıqlarda iştirakı idi. Bəzən bu danışıqlar prosesində Qətər, Misir iştirak edirdi, amma İran iştirak etmirdi.

Ən böyük narazılıq İranın ali dini lideri S.Ə.Xameneyinin Qəzza müharibəsində 7 oktyabr hücumunun səbəbini sonradan Fələstin məsələsi ilə deyil, Səudiyyə Ərəbistanı ilə İsrail arasında olan normallaşma prosesini pozmaq üstündə olduğunu rəsmən bildirməsidir. Ali dini lider S.Ə.Xamenei kütləvi çıxışında bunu bildirdi. İranın bütün mətbu orqanları da məhz həmin hissəni payladılar. Əsas Fələstin dövlətçiliyi, ideyası deyildi, əsas Səudiyyə Ərəbistanı ilə İsrailin arasını vurmaq idi. İndi də ona bənzər proseslər gedir.

İranın əsas hədəfi həm də Azərbaycanla İsrailin arasını vurmaqdır. Azərbaycanın daxilində müəyyən bir qrupu ələ ala bilmişdi. Bakı daxilindəki qrupu zəiflədə bildi. İran Türkiyənin daxilində əvvəlcədən müəyyən bir qrupa sahibləndi və son dövrlərdə də o qrup getdikcə güclənir. Türkiyədə Azərbaycanın əleyhinə danışan jurnalistlər, ekspertciklər çoxalır.
Türkiyə siyasətcikləri üçün bir məsələ deyə bilərəm: 2024-cü ilin yanvarın əvvəllərində, 2-5-i arası İran, Azərbaycan və Türkiyə mətbuatında o fikir getdi. O zaman salamat olan İranın Xİ naziri H.Ə.Abdullahiyan Metsamor AES-in Araz çayını çirkləndirmədiyi ilə bağlı bəyanat verdi və var gücü ilə çalışdı ki, o bəyanat Avropaya qədər gedib çatsın. Metsamor AES-in region dövlətlərinə zərərini, Araz çayını çirkləndirməsini isə Azərbaycan və Türkiyə ikisi birlikdə qaldırmışdı. 

H.Ə.Abdullahiyanın İran agentliklərində verdiyi bəyanatı Azərbaycan, Rusiya və Türkiyə mətbuatında axtarıb tapa bilərlər. Türkiyəli siyasətçilər - Səlcuq Özgür və s. onlar tapa bilərlər ki, kimə xidmət edirlər. Türkiyə İran təhlükəsini neytrallaşdırmaq üçün İsrailə möhtacdır. Nurəddin Şirin və Qüds TV-si, “Yaxından Türkiyə”, “Gündem Filistin” və bəzi ekspertlərin hesabına Türkiyənin daxilində İran təhlükəsi güclənir.

Şərhlər

Yaz...