Tarix: 11.05.2024 / 13:45
İran hökumətinin tələsinə düşməyin-  Abbas Lisani çağırış etdi

İran hökumətinin tələsinə düşməyin- Abbas Lisani çağırış etdi

Daim Güney Azərbaycan xalqının hüquqlarının müdafiəsi və bərpası yolunda on illərlə mübarizə aparan tanınmış güneyli fəal və siyasi məhbus Abbas Lisani hərəkata qarşı bir sıra şantajlar edilməsi ilə bağlı digər fəallara müraciət edib.

Diaspora.TV xəbər verir ki, bu barədə Abbas Lisaninin “Telegram” kanalında məlumat paylaşılıb:

“Böyük Azərbaycanın türk milləti və dəyərli milli fəallar! Bildiyiniz kimi, Güney Azərbaycan Milli Hərəkatının xeyli illərdən bəri gedişində İran hakimiyyəti tərəfindən hərəkatın əleyhinə hələ də davam edən çoxlu problemlər törədilib və yolumuza daşlar atılıb. O cümlədən hakimiyyət milli hərəkatımızı qarmaqarışıq, qeyri-müəyyən və parçalanmış şəkildə göstəməyə cəhd edir. Məqsəd isə xalqı, xüsusilə də gənc nəsli hərəkatdan uzaqlaşdırmaq və millətimizin azadlığa aparan yolunu uğursuzluğa yönəltməkdir”.

Abbas Lisani mübarizə aparan güneyliləri hakimiyyətin şantajı və tələsinə düşməməyə çağırıb.

Şərhlər

Yaz...