Tarix: 30.04.2024 / 11:39
Məhkəmə güneyli gəncə xanımından  boşanmaq hökmü çıxarıb

Məhkəmə güneyli gəncə xanımından boşanmaq hökmü çıxarıb

Qərbi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsi “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihamını əsas gətirərək Sulduz (Nəqəde) şəhərində yaşayan vətəndaş cəmiyyəti fəalı və keçmiş siyasi məhbus Səccad Şəhirini həyat yoldaşından boşanmağa məhkum edib.

Diaspora.TV xəbər verir ki, güneyli jurnalist Pərviz Yari siyasi məhbusa qarşı çıxarılan bu qərar haqqında deyib:

“Vətəndaş cəmiyyəti fəalını sıxışdırmaq üçün ona ittiham ataraq həyat yoldaşından boşanmağa məcbur edirlər”.

Bildirilib ki, Səccad Şəhiri 2018-ci ilin dekabrında həbs olunub. 2019-cu ilin fevralında isə sözügedən məhkəmə tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd olunub ki, bu qərarın çıxarılması İran hökuməti tərəfindən insanlara qarşı repressiyaların görünməmiş şəkildə artması sayılır.

Şərhlər

Yaz...