Tarix: 29.10.2024 / 09:40
İran Dubaydan oğurladığı jurnalisti    niyə asdı?

İran Dubaydan oğurladığı jurnalisti niyə asdı?

İran İslam Respublikası İran Monarxist Dərnəyinin rəhbəri, jurnalist Cəmşid Şarməhdi edam edib.

Diaspora.TV xəbər verir ki, Şarməhdin ABŞ-də yerləşən “Tonder” və “İran Krallığı Məclisi” kimi tanınan anti-rejim təşkilatının lideri olduğu iddia edilir. İran Məhkəməsi onu “İranda terror aktlarını planlaşdırmaq və istiqamətləndirmək yolu ilə təxribat törətmək”də günahlandırıb.

Sözügedən təşkilat 2008-ci il aprelin 12-də Şiraz şəhərində 14 nəfərin ölümü, 215 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə ölkə daxilində bəzi silahlı aksiyalar və təxribat təşkil etməkdə ittiham olunub.

Şarməhd 2003-cü ildən “green card”la Kaliforniyada yaşayıb. 2020-ci ilin iyul ayında Yaxın Şərqə səfər edərkən İran təhlükəsizlik məmurları tərəfindən Dubaydan qaçırılaraq İrana aparılıb.

Onun qızı Qəzalə Şarməhd atasının radio müxbiri olduğunu və sadəcə, xalqın narazılığını əks etdirdiyini deyib. Atasına qarşı irəli sürülən ittihamların saxta olduğunu bildirib. Həmçinin, ailəsi jurnalistin sözgedən terror təşkilatlarının mətbuat katibi olduğu barədə də açıqlama verib.

Onun qaçırılması Almaniya ilə İran arasında diplomatik gərginliyə səbəb olmuşdu. Qeyd edək ki,Şarməhd ikili vətəndaşlığı olub : İranla yanaşı, o, həm də Almaniya vətəndaşı idi.

Şərhlər

Yaz...