Tarix: 29.10.2024 / 16:41
“İran diplomatiyası” saytında Zəngəzur dəhlizi məsələsi qərəzli şəkildə    ortaya atılıb

“İran diplomatiyası” saytında Zəngəzur dəhlizi məsələsi qərəzli şəkildə ortaya atılıb

“İran diplomatiyası” saytı İsrailin İrana hücumundan sonra bir sıra ölkələrin, eləcə də Avropa dövlətlərinin Təl-Əvivi qınadığını vurğulayıb, İsraili pisləyən Rusiyaya isə xüsusi diqqət çəkib.

Diaspora.TV xəbər verir ki, Rusiyanın isə İsraili qınamasından xəbəri yoxdur. Eyni zamanda, məqalədə Rusiyanın Fars körfəzindəki mübahisəli üç adaya (Əbu Musa, Böyük Tonb, Kiçik Tonb) münasibəti və Zəngəzur dəhlizi məsələsi qərəzli şəkildə ortaya atılıb.

Məqalədə riyakarlıqla “Bakının Zəngəzur dəhlizi ilə bağlı “əsassız iddiasına” Moskvadan dəstək” yarıbaşlığı ilə verilən hissədə yazılıb ki, Rusiya prezidenti Vladimir Putin avqustun 18-də Bakıya səfər edərək Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Sonra isə Azərbaycan mətbuatı Putinin İranla mübahisəyə səbəb olan Zəngəzur dəhlizinin açılması məsələsini alqışladığını bildirib. Məqalədə Rusiya XİN başçısı Sergey Lavrovdan sitat gətirilərək vurğulanıb ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlar yenidən təkrarlanıb. Ermənistanın bu prosesə mane olduğu da qeyd edilib.

Sayt Rusiyanın XİN sözçüsü Mariya Zaxarovanın da dediklərinə toxunaraq yazıb:

“Rusiya İran tərəfinin Zəngəzur dəhlizi ilə bağlı narahatlığını görüb, məsələyə aydınlıq gətirilməsi üçünsə Moskva Tehranla danışıqlar aparmalıdır”./Azadİran


Şərhlər

Yaz...