Tarix: 17.10.2024 / 15:10
Təbrizdən olan millət vəkilləri    Türk dili qadağasına etiraz etdi

Təbrizdən olan millət vəkilləri Türk dili qadağasına etiraz etdi

Təbrizin İran parlamentindəki nümayəndələri İran Mülki Aviasiya Təşkilatı tərəfindən Təbrizin "Ata" Hava Yollarına məxsus təyyarələrdə türkcə salamlamanın qadağan edilməsini pisləyiblər.

Diaspora.TV GünAz.TV-yə istinadla xəbər verir ki, Ruhullah Mütəfəkkir Azad Mülki Aviasiya Təşkilatının türk dilini qadağan etməsinə cavab olaraq bildirib ki, bəzi insanlar məsələni şişirdirlər. Hava yolu şirkəti uçuşa hazırlaşan azərbaycanlı sərnişinləri türkcə qarşılayanda cinayət törətmiş olmur. Mülki Aviasiya Təşkilatının bu qərarından hamımız kədərlənirik və bu məsələni izləmədə saxlayacağıq.

Təbrizin digər nümayəndəsi Əlirza Navin də Mülki Aviasiya Təşkilatının türk dilini qadağan etməsinə etirazını bildirib:

"Əgər Mülki Aviasiya Təşkilatının belə bir qərarı varsa, açıq deyirəm, bu axmaqlıqdır. İcazə verin, bu məsələni izləyim. Əgər belə bir şey varsa, biz parlamentdəki çıxışlarımızda da bu mövzunu davam etdirəcəyik".

Şərhlər

Yaz...