Rusiyanın Çelyabinsk vilayətində ipoteka dələduzluğu ilə məşğul olan bir qrup şəxs saxlanılıb. 23-43 yaş arasında olan üç nəfər etnik diaspor cinayətində şübhəli bilinir.
Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
“Əməliyyat-axtarış tədbirləri zamanı Daxili İşlər Nazirliyinin Baş İdarəsinin əməkdaşları basqınçıların izinə düşüblər”, - deyə rayon polis idarəsindən məlumat verilib.
İstintaqın məlumatına görə, saxlanılan şəxslər aldıqları daşınmaz əmlakın dəyəri barədə bilərəkdən banklara yalan məlumatlar veriblər. Sonradan onlar ipotekanı hansısa bir fiqurun adına sənədləşdirərək aylıq ödəniş məsuliyyətindən yayınıblar. Bu hərəkətlər nəticəsində dövlətə 2 milyon rubldan çox ziyan dəyib.
İstintaq çərçivəsində Yemanjelinsk, Çelyabinsk, Etkulski və Sosnovski rayonlarında 9 məkanda axtarış aparılıb. Basqınlar zamanı evlərdən telefonlar, noutbuklar, tamamlanmış əməliyyatların sənədləri, kredit və maliyyə hesabatları müsadirə edilib.
Saxlanılan şəxslərə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Hadisənin diqqəti çəkən digər tərəfi odur ki, istintaq saxlanılanların qeyri-rus, etnik diaspor nümayəndəsi olduğunu vurğulasa da, həmişəki kimi təqsirləndirilənlərin hansı millətdən olduğunu açıqlamayıb.