Tarix: 13.09.2024 / 13:21
İordan çayı sahilində öldürülən türkəsilli qızın cənazəsi niyə    Azərbaycana gətirilib?

İordan çayı sahilində öldürülən türkəsilli qızın cənazəsi niyə Azərbaycana gətirilib?

Xarici İşlər Nazirliyi 26 yaşlı Ayşenur Ezgi Eyginin cənazəsinin cümə günü Türkiyəyə gətiriləcəyini açıqlayıb.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, ədliyyə naziri Yılmaz Tunç jurnalistlərə bildirib ki, türk əsilli amerikalı fəal Ayşenur Ezgi Eyginin İsrail ordusu tərəfindən işğal olunmuş İordan çayının qərb sahilində qətlə yetirməsi ilə bağlı istintaq başladılıb və beynəlxalq həbs qərarı tələb olunacaq.

Xarici İşlər Nazirliyinin rəsmisi əlavə edib ki, Eyginin cənazəsinin cümə axşamı Təl-Əvivdən Azərbaycanın paytaxtı Bakıya, cümə günü səhər isə İstanbula gətirilməsi gözlənilir.

Dəfn mərasiminin Egey sahilindəki Didim şəhərində keçirilməsi planlaşdırılır.

"Fələstinlilərlə həmrəylik nümayiş etdirən dinc nümayiş zamanı Eyginin İsrail əsgərləri tərəfindən qəsdən hədəf alınaraq öldürüldüyünü" ifadə edərək, bu cinayətin cəzasız qalmaması üçün əlimizdən gələni edəcəyik" – deyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, İsrail, İordan çayının qərb sahilində yəhudi məskənlərinin genişləndirilməsinə qarşı etiraz aksiyasına qatılarkən öldürülən Eyginin ölümünə görə məsuliyyəti qəbul edib, lakin bunun qəsdən olmadığını bildirib.

Şərhlər

Yaz...