Tarix: 15.11.2024 / 14:00
İntim videolar yaymaqda şübhəli bilinən    azərbaycanlı saxlanıldı

İntim videolar yaymaqda şübhəli bilinən azərbaycanlı saxlanıldı

Sankt-Peterburqda yaşayan Azərbaycan vətəndaşı intim videolar yaymaqda şübhəli bilinib. Onun telefonunda azyaşlıların açıq şəkildə təsvir olunduğu videolar aşkar edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, azərbaycanlı noyabrın 13-də federal əməliyyat-profilaktik tədbir çərçivəsində saxlanılıb. 36 yaşlı kişi müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

İlkin məlumatlara görə, şübhəli şəxs İP ünvanını gizlətmək üçün anonimləşdirmə vasitələrindən istifadə edib.

İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.



Şərhlər

Yaz...