Rusiyanın Yekaterinburq şəhərində yerləşən dəmir yolu vağzalında nəqliyyat polisi və İnterpol əməkdaşları 52 yaşlı azərbaycanlını saxlayıblar.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Ural Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, azərbaycanlı şəxs istintaq zamanı vətənindən qaçdığına görə beynəlxalq axtarışa verilib.
“Dekabrın 16-da saat 18:00 radələrində Yekaterinburq dəmir yolu vağzalında hüquq-mühafizə orqanlarının əməkdaşları platformada görünüşü oriyentasiyada göstərilən işarələrə uyğun gələn azərbaycanlını saxlayıblar”, - deyə idarədən bildirilib.
Azərbaycanlı hazırda Rusiyada müvəqqəti saxlama təcridxanasındadır. Daha sonra Azərbaycana göndəriləcək.
Qeyd edək ki, azərbaycanlı cari ilin mayında beynəlxalq axtarışa verilib.