Tarix: 25.09.2024 / 17:27
İngiltərədə yaşayan azərbaycanlı bloger suda   doğuş etdi

İngiltərədə yaşayan azərbaycanlı bloger suda doğuş etdi

İngiltərədə yaşayan azərbaycanlı bloger Günay Hayri ikinci övladını suda dünyaya gətirib.

Diaspora.TV xəbər verir ki, bu barədə G.Hayri sosial şəbəkə hesabında paylaşım edib:

“Bildiyiniz kimi 2-ci doğuşumu “suda doğuş" etdim. Birinci doğuşumda epidural iynə ilə təbii doğuş etmişdim. İkinci hamiləliyim isə şiddətli bel ağrısı ilə müşahidə olunduğu üçün mənə suda doğuşu təklif etdilər və mən razılaşdım. Bel ağrıma su yaxşı təsir etsə də ikinci dəfə yenə də epidural iynəni seçmədiyim üçün çox peşman oldum. Nə yalan deyim, yəni suda doğuş sancının şiddətini azaltmır. Proses sürətli baş versə də suda doğuşu bəyənmədim. Bütün həkimlər mənim palatama gəlib “Suda doğuş edən qlamur xanım sizsiniz? deyirdi".


Şərhlər

Yaz...