Tarix: 06.06.2024 / 18:23
İndoneziya diaspora   ikili vətəndaşlıq verir

İndoneziya diaspora ikili vətəndaşlıq verir

İndoneziya hökuməti xaricdəki soydaşlarına bəzi vətəndaş hüquqları verməyi qərara alıb.

Diaspora.TV xəbər verir ki, bu addımı atarkən hökumət Hindistanın oxşar qərarından ilhamlanıb.

Hindistanın yerli istedadları geri qaytarmaq strategiyasından nümunə götürən İndoneziya hökuməti öz diaspor üzvlərinin xarici vətəndaşlıqlarını saxlayaraq vətənə qayıtmağa həvəsləndirmək üçün tənzimləmə layihəsi hazırlayır. Siyasi hüquqlara əlavə olaraq, vətəndaşlarla eyni imtiyazları və dövlət subsidiyalarının alınması ilə bağlı hüquqların da geri qayıdanlara verilməsini nəzərdə tutan bu addım İndoneziyanın beyin axını problemini həll etmək məqsədi daşıyır. Ekspertlər bu layihənin həyata keçirməsinin "çox çətin" olacağını bildirir.

Daha əvvəl İndoneziyanın hüquq və insan haqları naziri Yasonna Laoli hökumətin Hindistanın Xaricdə Vətəndaşlığı (OCI) sxeminə əsaslanan bir tənzimləmə layihəsi hazırladığını söyləmişdi. OCI sxeminə əsasən, Hindistan əsilli şəxslər və onların həyat yoldaşları qeyri-müəyyən müddətə yaşamaq və işləmək hüququ ilə Hindistanın daimi sakinləri ola bilərlər.

Sxem geri qayıdan hind diasporuna vətəndaşlarla eyni hüquqlar versə də, onlara siyasi və ya hökumət subsidiyaları hüququ verilmir. OCI sahibləri dövlət işlərində işləmək hüququna da malik deyillər. Lakin onlar Hindistanda qazandıqları gəlirə görə vergi ödəməli və əcnəbilərlə eyni kommunal haqları ödəməlidirlər.

Laoli bildirib ki, İndoneziya Hindistandan nümunə götürməyə hazırdır. Hindli diaspor üzvü vətəndə yaşamaq üçün ömürlük viza alır, onlara işləməyə və sərmayə qoymağa icazə verir, lakin siyasi hüquqlardan məhrum olur. O əlavə edib ki, prezident Coko Vidodo ilə görüşlərdə bu məsələ dəfələrlə müzakirə olunub.

Cənab Laoly “Amerikanın Səsi”nə bildirib planlaşdırılan yeni tənzimləmə İndoneziya vətəndaşları üçün tək vətəndaşlığı nəzərdə tutan 2006-cı il Vətəndaşlıq Qanununu pozmayacaq:

“Ən vacibi diasporumuzun İndoneziyaya gəlməsini, burada yaşayıb işləməsini və bir ömür boyu vətənlərindən həzz almasını asanlaşdırmaqdır”.

Cənab Laoli sxemin yaxın iki ay ərzində tətbiq olunacağının gözlənildiyini və hökumətin bu siyasəti prezident Coko Vidodonun səlahiyyət müddəti başa çatmasından əvvəl - oktyabrın 20-də tətbiq etməyi hədəflədiyini söyləyib.

İndoneziya hazırda böyüklər üçün ikili vətəndaşlığı tanımır. 2006-cı il Vətəndaşlıq Qanunu yalnız qarışıq nikahda olan uşaqların 18 yaşına və ya evliliyinə qədər ikili vətəndaşlığa sahib olmağa icazə verir, bu zaman onlar birini seçməlidirlər.

Vahid Əli
Diaspora.TV

Şərhlər

Yaz...