Tarix: 23.07.2024 / 21:30
İndi diplomatik korpuslarda Azərbaycan dilində danışanlar daha çoxdur   - Elman Mustafazadə

İndi diplomatik korpuslarda Azərbaycan dilində danışanlar daha çoxdur - Elman Mustafazadə

“Ədalət naminə demək olar ki, bu gün diplomatik korpuslardakı mövcud durumla sabiq xarici işlər naziri Elmar Məmmədyarovun dövrü ilə müqayisədə xeyli fərq var”.

Bu sözləri Diaspora.TV-yə Hollandiyada yaşayan “Xudafərin” (www.xudaferin.eu) jurnalının baş redaktoru, Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Elman Mustafazadə azərbaycanlıların yaşadığı ölkədə soydaş-səfir-konsul münasibətlərindən danışarkən deyib. Sədr əvvəllər diplomatik korpuslarda azərbaycanlıların ana dilində danışmadıqlarını vurğulayıb:

“İndi diplomatik korpuslarda Azərbaycan dilində danışanlar daha çoxdur. Bu mühüm şərtdir. Əvvəllər korpusdan bir bayraq asardılar, bilərdin ki, bura Azərbaycan səfirliyidir. Əksər diplomatların da uşaqları ruslar gedən məktəbdə oxuyardılar. Avropada rus məktəbləri var, bizimkilər də onlara qoşulub gedərdilər. İndi tamam fərqlidir”.

Elman Mustafazadə diplomatik korpuslarda azərbaycanlılara yaradılan xidmətlərdən də söz açıb:

“Sənədlərin sürətinin çıxardılması və s. kimi işləri görməmişəm, rüsumları da səfirliyin içində köçürə bilməzsən, poçtdan göndərməlisən. Əməkdaşlarına gəlincə, stabil deyillər. Hollandiyada bir gənc diplomant var - Vüsal İbrahimov, xalqın xeyir-şərində iştirak edir, hamının rəğbətini qazanıb. Polşada Kamran Məmmədov, əlbəttə bu siyahını uzatmaq da olar. Hər biri xalqın içinə çıxan insanlardır. Litvada da bir başqası var, amma stabil deyilər”.

Jalə
Diaspora.TV

Şərhlər

İlkanə Qoca

Vüsal İbrahimov Niderlandda Azərbaycan Diasporuna ən çox ziyan vuran və icmanı bir-birinə vuran, etik qaydaları gözləməyən bir məmurdur. Kaş ki, milli ruhlu və ədalətli səfirlik işçiləri göndərilsin Niderlanda.

24.07.2024 / 09:21

Yaz...