“Azərbaycan səhiyyəsindən xarici ölkədə yaşayan azərbaycanlıların istifadə məsələsindən danışmazdan əvvəl, ilk növbədə Azərbaycan səhiyyəsinə güvən olmalıdır”.
Bu sözləri Diaspora.TV-yə professor Adil Qeybulla Azərbaycan tibbi sığortanın xarici ölkələrdə tanınması ücün mexanizmlərin hazırlanmasından danışarkən deyib.
Professorun sözlərinə görə, ilk olaraq məmurlar, vətəndaşlar səhiyyəyə olan güvənlərini nümayiş etdirməlidirlər:
“Sonra Azərbaycan səhiyyəsi öz peşəkarlığı ilə tanınmalıdır. Yalnız bundan sonra xarici ölkədə yaşayan azərbaycanlılar bu səhiyyə sistemindən istifadə edə bilər”.
Adil Qeybulla hesab edir ki, tibbi sığorta sosial müdafiənin mühüm bir elementidir:
“Azərbaycandakı İcbari Tibbi Sığortanın xarici ölkələrdə tanınmasına heç bir lüzum yoxdur. İcbari Tibbi Sığorta Azərbaycanın daxili və eyni zamanda onun vətəndaşları üçündür”.
Jalə
Diaspora.TV