Türkiyənin sabiq futbolçusu İlhan Mansız azərbaycanlı xanımı və yeni doğulmuş körpələri ilə birgə paparazzilərin obyektivinə tuş gəlib.
Diaspora.TV xəbər verir ki, İ.Mansız azərbaycanlı Leyla xanımla keçən il evlənib və nikahdan olan oğlan övladının adını İmre Leo qoyub.
Əhval-ruhiyyəsi yaxşı olan İ.Mansız ailəsi jurnalistlərə “Uğurlar” deyərək yollarına davam ediblər. Mansız oğulları İmre Leonun görüntülərinin çəkilməməsi üçün onun üzünü uşaq arabasının günlüyü ilə bağlayıb.
Türkiyə “A” milli komandası və "Beşiktaş"ın sabiq futbolçusu İlhan Mansız uzun müddətdir ölkə xaricində yaşayır. Məşhur futbolçu sosial media hesabında oğlunu "Ailəmizin yeni üzvü İmre Leon Mansız" qeydi ilə paylaşıb.