Rusiyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinlə görüşüb.
Diaspora.TV xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Görüşdə çıxış edən Rusiya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə dünən axşam qeyri-rəsmi olaraq münasibətlərin hazırkı vəziyyəti ilə bağlı məsələləri müzakirə etdiklərini bildirib.
“Dərhal qeyd etmək istərdim ki, əlaqələr müsbət məcrada inkişaf edir. Biz bunu hələ Azərbaycana rəsmi səfərim zamanı qeyd etmişik”.
Prezident İlham Əliyev görüşdə qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır.
“Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Müxtəlif strukturların nümayəndələri səviyyəsində avqust ayında Bakıda əldə olunmuş qərarların tamamlanması çərçivəsində hökumət üzvləri arasında artıq çoxlu təmaslar olub”.