İğdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Qoruma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı ilə (İğdır Azərbaycan Evi), İğdır Mədəniyyət və Turizm Müdirliyinin zalında “Azərbaycanın Müstəqillik Günü” və “Naxçıvanın 100-cü ildönümü” münasibətilə proqram təşkil olunacaq.
Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, İğdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birlik (İğdır Azərbaycan Evi) Dərnəyinin sədri Ziya Zakir Acar 18 oktyabr 2024-cü il cümə günü saat 18.30-da keçiriləcək proqramda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konsertinin olacağını bildirib.
Konsertdə 40 nəfərdən ibarət rəqs qrupunu 8 musiqiçi canlı müşayiət edəcək. Azərbaycan xalq rəqslərinin nümayiş olunacağı proqramda vokal artistləri də çıxış edəcək. Dərnək sədri “Bütün xalqımız bu gözəl tədbirə dəvətlidir”, - deyə, iğdırlılara müraciət edib.