Tarix: 02.10.2024 / 16:40
 İğdırda Zəngəzur dəhlizi    həyəcanı

İğdırda Zəngəzur dəhlizi həyəcanı

İğdırlılar Azərbaycanın qərb vilayətlərini Naxçıvanla birləşdirəcək və eyni zamanda Mərkəzi Dəhlizin Çindən Türkiyəyə qədər uzanan marşrutlarından biri olacaq Zəngəzur dəhlizinin açılışını səbirsizliklə gözləyirlər. Bildirilir ki, dəhliz açıldığı zaman Azərbaycan üzərindən Türkiyə ilə Rusiya arasında fasiləsiz avtomobil və dəmir yolu nəqliyyatını təmin edəcək dəhliz Ermənistan, Gürcüstan və İran üçün də böyük əhəmiyyət kəsb edir. İğdırın Zəngəzurun logistika mərkəzi olması ilə yanaşı, ticarət, istehsal və ixracatda da böyük paya sahib olacağı gözlənilir.

Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, İğdırın Zəngəzur dəhlizi ilə böyük bir ticarət şəbəkəsinə sahib olacağını bildirən iş adamı Məhəmməd Akkuş məsələyə belə münasibət bildirib:

"Bildiyiniz kimi, Zəngəzur dəhlizi Naxçıvanla Bakını, yəni Azərbaycan hissəsini birləşdirən dəhlizdir. Dəhlizin açılması nəqliyyat vasitələri ilə nəqliyyatın təmin edilməsi deməkdir. Həm dəmir yolu, həm də avtomobil yolu ilə daha əvvəllər İrandan, ya da Gürcüstandan keçməklə, bu dəhliz Azərbaycan ərazisinin birləşməsi deməkdir. Bu, Türkiyə ilə əlaqə, yəni İğdırla əlaqə deməkdir. Bu, İğdıra gələn hər kəsin alış-verişini İğdırda etməsi deməkdir. Zəngəzur dəhlizinin İğdıra əhəmiyyətli töhfə verəcəyini düşünürəm".

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal layihəyə qarşı çıxan ermənilərin də layihədən böyük fayda görəcəyini ifadə edib:

"Zəngəzur dəhlizi həqiqətən çox gözəl layihədir. Bu layihə təcili həyata keçirilməlidir. Bu layihəyə bir çox ölkələr, xüsusilə də Azərbaycan, Gürcüstan, İran, Ermənistan və Türkiyə faydalanacaq, hətta Rusiya da Zəngəzur dəhlizinin tezliklə açılmasını istəyir. Biz bu dəhlizin tez bir zamanda açılmasının tərəfdarıyıq, bütün yük maşınları rahatlıqla Azərbaycana gələcək, oradan da İğdır üzərindən keçərək başqa ölkələrə gedə biləcəklər. Hazırda Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi davam edir. Bu dəmir yolu tamamlandıqdan sonra yük Rusiyadan çıxan qatarla Türkiyə üzərindən Çinə və digər Avropa ölkələrinə qədər gedəcək".

Şərhlər

Yaz...