Tarix: 09.08.2024 / 22:31
İdeya yaxşıdır, amma...   - Hacı Tahir Abbaslı

İdeya yaxşıdır, amma... - Hacı Tahir Abbaslı

“Böyük şəhərlərdə yaşayan azərbaycanlıların dini ibadətlərinin asanlaşdırılması məqsədilə həmin şəhərlərə din xadimlərinin təhkim olunması ideyası yaxşıdır. Amma gərək həqiqi İslamı bilən, Allahı tanıtdırma məktəbindən xəbəri olan ruhanilərin olması şərti ilə”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Hacı Tahir Abbaslı deyib. Hacı Tahir hesab edir ki, əslində bütün şəhərlərdə belə ruhanilərə çox ehtiyac var:

“Çünki, insanlar üçün qaranlıq suallara cavab bütün vaxtlarda (dövr və zamanlarda) lazımdır. İnsanı daim basqı altında saxlayan qaranlıq suallara cavab verən yeganə din elmidir. Qaranlıq suallar bunlardandır: Ölüm, ölümdən sonrakı həyat, Qiyamət günü, Cənnət, Cəhənnəm, Mələklər, Ruh, Vicdan və sair bu suallara cavab tapmayan insan kimliyindən asılı olmayaraq gərgin və ümidsiz olur. Nəticədə ruhi xəstəliklər yaranır ki, dünyanı faciələrə aparıb çıxara bilir. Əgər dünya tarixini və eləcə də indiki dövrü təhlil etsək bütün faciələrin başında dinsizlikdən - yəni Allahı yaxşı tanımamağımızda görə bilərik. Onu da qeyd edim ki, din təbəqəsindən, səviyyəsindən, irqindən və millətindən asılı olmayaraq hər kəsə lazımdır. Aztəminatlı insanların xüsusən çətinlik dövründə özündən yaxşı səviyyədə yaşayanlara düşmən kəsilməməsinə və yaxşı yaşayanların könüllü olaraq az təminatlılara əl tutub yardım etməsinə yol göstərir. Müharibələrdə vətəni qoruyub saxlamasında düşmənlərə haqlı cavab vermələri üçün ciddi müqavimət göstərmələrini insanlara öyrədir. Hətta fikir və ideyalarda yanlışlıqları olanları islah edib gözəl nümunələr təqdim edir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...