İctimai fəal və hüquq müdafiəçisi Samirə Bayramova Tbilisidə keçirilən "Gürcüstan Avropa İttifaqını seçir!" adlı genişmiqyaslı mitinqdə əhaliyə müraciət edib.
Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, o müraciətində Gürcüstanın və burada yaşayan xalqların gələcəyinin məhz Avropa ilə bağlı olduğunu bildirib.
Həm gürcü, həm də Azərbaycan dilində çıxış edən Samirə Bayramova, xalq şairi Xəlil Rza Ulutürkün rus imperiyasına qarşı yazdığı şeirdən stat gətirib. O, həmçinin, qeyd edib ki, Gürcüstan həmişə demokratik və müxtəlifliklə zəngin bir ölkə olub.