Tarix: 12 Avqust 2024 16:00 | Baxış sayı: 251
Hun-Türk Qurultayı:  İlk dəfə Azərbaycan çadırı quruldu

Hun-Türk Qurultayı: İlk dəfə Azərbaycan çadırı quruldu

Macarıstanın Buğac şəhərində Hun-Türk Qurultayının rəsmi açılış mərasimi keçirilib. Qurultayda Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu təmsil edib.

Diaspora.TV xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Macarıstan Parlamentində baş tutan mərasimi parlamentin vitse-spikeri Sandor Lezsak açaraq qurultayın türk dünyasında birlik və bərabərliyin yaradılmasına əvəzsiz töhfələr verdiyini qeyd edib.

Türk Dövlətləri Təşkilatının Baş katibi, fövqəladə və səlahiyyətli səfir Kubanıçbek Ömüraliyev, TÜRKPA-nın Baş katibi Mehmet Sureyya Er, TÜRKSOY başkanı Sultan Raev, Qazaxıstanda fəaliyyət göstərən Türk Akademiyasının rəhbəri, akademik Şahin Mustafayev, Özbəkistan və Qazaxıstan Respublikalarının mədəniyyət nazirlərinin müavinləri çıxış edərək türk dünyasında birlik və bərabərliyin önəminə toxunublar.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev bu mühüm tədbirin türk dünyası üçün əhəmiyyətindən danışıb və fikrini çuvaş türklərinin maraqlı bir ifadəsi ilə tamamlayıb: “Epir pulna, pul, pulatpr”, yəni “Var olmuşuq, varıq, var olacağıq”.

Qeyd edək ki, 3 gün davam edən və 300 mindən çox insanın qatıldığı qurultayın tarixində ilk dəfə Azərbaycan çadırının qurulması, qədim xalçalarmızın sərgilənməsi, xalq və aşıq sənətinin, həmçinin milli rəqslərimizin təbliği böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Hun-Türk Qurultayı iki ildən bir təşkil olunur, məqsəd türk xalqları və onların diaspor təşkilatları arasında birliyinin daha da möhkəmləndirilməsidir.

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır