Tarix: 16.10.2024 / 12:22
“Hrapark”: “Paşinyan Azərbaycana yenə    güzəştə gedib”

“Hrapark”: “Paşinyan Azərbaycana yenə güzəştə gedib”

Ermənistan hakimiyyətinin bəzi nümayəndələrinin dünənki bəyanatları belə deməyə əsas verir ki, Paşinyan Əliyevin təzyiqi ilə növbəti güzəştlərə gedib və sülh müqaviləsinin digər bəndləri ətrafında da razılıq əldə olunub.

Diaspora.TV xəbər verir ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti daha sonra yazır:

Parlamentin spikeri Alen Simonyan Cenevrədəki çıxışında açıqlama verərək bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi üzrə razılığa gəlmək ərəfəsindədir:

“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, bu gün biz 16 bənd üzrə razılığa gəlmişik”.

Simonyan Bakıya da müraciət edib:

“Biz Azərbaycanı siyasi iradə nümayiş etdirməyə, fürsətdən istifadə etməyə və mümkün olanı reallaşdırmaqda bizə qoşulmağa dəvət edirik. Ermənistan bu gün də sülh müqaviləsi imzalamağa hazırdır”.

Maraqlıdır ki, təxminən iki həftə əvvəl parlamentdə hökumət saatı zamanı Nikol Paşinyan sazişin 17 bəndindən 13-ü ətrafında razılaşmadan danışaraq, razılaşdırılmış 13 bəndin dərci ilə bağlı diplomatik korrektə probleminin olduğunu deyib. Alen Simonyanın bəyanatı ilə paralel olaraq, Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Daimi Komissiyasının sədri Sarkis Xandanyan dünən verdiyi müsahibədə bildirib ki, Paşinyan Əliyevə razılaşdırılmamış 1-2 maddəni razılaşdırmaq üçün xarici işlər nazirlərinin iki günlük görüşünü keçirməyi təklif edib ki, bundan sonra Bakıda COP-29 başlamazdan əvvəl müqavilə imzalasınlar.

Şərhlər

Yaz...