Hollandiyanın Den Haaq şəhərində yaşayan 82 yaşlı Cəmilə Telli hollan qonşusu tərəfindən ölümcül döyülüb.
Diaspora.TV türk mediasına istinadən xəbər verir ki, ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, hadisə zamanı ətrafda olan şahidlər dərhal polis və təcili yardım çağırıblar. Həkim qrupları Cəmilə Tellini xəstəxanaya aparıblar və o, iki gün reanimasiyada müalicə alıb.
Təcavüzkar qadın hadisədən bir neçə gün sonra polis tərəfindən nəzarətə alınsa da, onun sərbəst buraxılması məhəllədə etirazla qarşılanıb.
Cəmilə Tellinin oğulları analarına edilən hücumla bağlı qanuni mübarizəyə başladıqlarını açıqlayıblar.